Copyright KIBER LTD Company. All rights reserved.
1999-cu ildə "Trident-20" ("Qurtuluş") qurğusunun suya buraxılma prosesinin tətqiqi zamanı onun yarada biləcəyi dalğa və bu dalğanın ətrafa təsirinin öyrənilməsi zərurəti meydana çıxmışdı.
Şirkət mütəxəssisləri tərəfindən dalğayaranma prosesinin riyazi modeli qurulmuş və hesabatı aparılmışdır.
Modelin adekvatlığı qurğunun suya buraxılması zamanı təsdiq olunmuşdur (17 fevral 2000, Bakı, Cənub buxtası).
-
"Risklərin idarə edilməsi" tədqiqat layihəsi
2003-cü ildə bir sıra sahələrdə risklərin idarə edilməsi məsələlərinə baxılmışdır.
İnformasiyanın emal olunmasına süni intellekt metodlarının tətbiqi konsepsiyası işlənmişdir.
-
Sadə ədədlər nəzəriyyəsi sahəsində fundamental tədqiqatlar
Natural ədədlər ardıcıllığında sadə ədədlərin paylanmasına dair bir sıra elmi tədqiqat işləri aparılmış, nəticələr açıq ədəbiyyatda dərc edilmişdir.
-
"Elektron şturman" elmi-tədqiqat layihəsi
2004-cü ildə vertolyotların məhdud görmə şəraitimdə (duman, qaranlıq və s.) idarə olunmasını təmin etmək üçün elektron naviqatorunun yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.
-
"Təyyarələrin avtomatik enmə sistemi" elmi-tədqiqat layihəsi
2005-ci ildə təyyarələrin avtomatik enməsini təmin edən sistemin yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.
-
"Becərmə prosesinin idarə edilməsi" tədqiqat layihəsi
2008-ci ildə kənd təsərrüfat bitkilərinin becərilməsi zamanı meydana çıxan problemlərin həllində fermerlərə kömək edə biləcək informasiya-məsləhət sisteminin layihəsi işlənmişdir. Layihə çərçivəsində aşağıdakı 3 məsələnin həlli tədqiq olunmuşdur:
- Əkin sahəsi haqqında məlumatlara uyğun olaraq münasib sortun (bitkinin) təklif olunması;
- Həmin əkin sahəsində becərilən bitkinin yüksək məhsuldarlığının təmin edilməsi üçün aqro-texniki qulluq üzrə texnoloji xəritənin tərtibatı;
- Becərmə prosesinin cari vəziyyətinə görə texnoloji xəritənin korreksiyası.