Copyright KIBER LTD Company. All rights reserved.
ANA SƏHİFƏ    |    XİDMƏTLƏR VƏ İŞLƏR    |    TAMAMLANMIŞ LAYİHƏLƏR    |   MƏQALƏLƏR    |    ƏMƏKDAŞLIQ    |   ƏLAQƏ
Kiber Ltd Şirkətinin rəsmi web-səhifəsinə xoş gəlmisiniz

  
     Kiber Ltd Şirkəti 1998-ci ildə, Sovet İttifaqı dağıldıqdan bir qədər sonra yaradılmışdır. İdarəetmə nəzəriyyəsi, tətbiqi riyaziyyat, neft-maşınqayırma, gəmiqayırma və aviasiya sahəsində 30 ildən çox təcrübəsi olan mütəxəssislər Şirkətin təsisçiləri oldular.

     Hazırda burada aşağıdakı istiqamətlərdə işlər aparılır:
     - maşınqayırma və neft sənayesi üçün avadanlıqların yaradılması üzrə elmi-tədqiqat və konstruktor işləri;
     - sənaye və mülki tikintinin mühəndislik məsələləri;
     - informasiya texnologiyaları.


     Yarandığı ilk gündən başlayaraq Şirkətdə dinamik strukturun yaradılması və işçilərin professionallıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədəyönlü iş aparılır. Şirkət layihə əsasında idarəetmə prinsipləri ilə işləyir. Hazırda Şirkət:
     - təcrübəli idarəetmə aparatına,
     - ixtisaslaşmış mühəndis-texniki heyətə,
     - elmi-texniki və hüquqi normativ bazaya və        
     - fəaliyyətdə olan daxili keyfiyyətə nəzarət sisteminə malikdir.
     Kiber Ltd Şirkəti 2002-ci ildə Rusiya Dəniz Gəmiçiliyi Registrində sertifikatlaşdırılmışdır.


     2004-cü ildə Şirkət sənaye işlərində əməyin təhlükəsizliyi, sanitar və qiqiyenik normalara, həmçinin yanğın təhlükəsizliyi və istehsalat ekologiyasına uyğunluq üzrə sertifikatlaşma keçmişdir.
ANA SƏHİFƏ