|
Informasiya texnologiyaları üzrə |
|
"AMƏS" – Avtomatlaşdırılmış Milli Əmlak Sistemi |
|
Bu layihə 2001-ci ildə həyata keçirilmişdir. Layihə üzrə Azərbaycan Iqtisadi Inkişaf Nazirliyi üçün əmlakın avtomatlaşdırılmış uçot sistemi yaradılmışdır.
Layihə dövlət əmlakının qeydiyyatı (daşınmaz dövlət əmlakının registri) və onun özəlləşdirilməsi, dövlət və birgə müəssisələrin özəlləşdirilməsi, müqavilələrin bağlanması (icarə, satış, girov və başqa) və bu müqavilələr üzrə ödənişlərə nəzarət prosesini avtomatlaşdırmışdır. |
| |
”MARKET” |
|
2002-ci ildə anbarlarda və ticarət müəssisələrində mal dövriyyəsinin uçotunu aparmaq üçün “MARKET” proqram sisteminin baza variantı hazırlanmışdır. Bu proqram qəbul edilən və paylanan malların, mal dövriyyəsi ilə bağlı daxil olan maliyyə vəsaitinin uçotunu aparmağa imkan verir.
2005-ci ildə sifarişçinin xüsusiləşdirilmiş tələblinə uygunlaşdırılmış “MARKET 01.05” proqramı işlənmişdir. Bu proqram telefon nömrələrinin daxil olması və satışı üzrə kontraktların, Sim-kart, telefon və digər aksesuarların uçotunu aparmaq üçün nəzərdə tutulmuşdur.
2006-cı ildə onun şəbəkə variantı olan “MARKET 02.05” proqramı tərtib olunmuşdur.
2009-cı ildə onun
indiyə qədər bu
istiqamətdə görülmüş işlər
ümumiləşdirilərək proqramın “MARKET 09.01”
baza variantı yaradılmışdır.
|
|
Load the presentation
|
“AzSalary” |
|
2002-ci ildə yaradılmış “AzSalary” proqram məhsulu Azərbaycan qanunvericiliyinin xüsusiyyətlərinə uyğun olaraq, işçilərin əmək haqqının hesabatını aparır. Proqram interfeysi Azərbaycan dilindədir.
|
“OPERA” |
|
2004-cü ildə avtomatlaşdırılmış mühasibat uçotu sisteminin baza variantı işlənmışdir. Bu proqram əsasən istehsal müəssələri üçün nəzərdə tutulmuşdur.
|
“Azərbaycanın Elektron Torpaq pasportu” |
|
2005-ci ildə Azərbaycan Respublikası ərazisində mövcud torpaq tiplərinin bazası yaradılmışdır.
Hazırda bu proqram Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda geniş elmi tədqiqat işlərinin aparılması üçün istifadə olunur. |
“GÜBRƏ1” |
|
“GÜBRƏ1” 2004-cü ildə işlənmişdir, çoxillik bitkilərin becərilməsində optimal gübrələmə rejimini hesablayan proqram paketidir.
|
“DƏRMAN” |
|
2005-ci ildə dərman bitkilərinin uçotu üçün verilənlər bazası və uygun proqram vasitəsi yaradılmışdır.
Proqram dərman bitkiləri, onlardan hazırlanan dərmanlar və onların təyinatı üzrə sistemləşdirilmiş məlumatlarla işləməyə imkan verir.
|
Ali Hərbi Dəniz Məktəbi üçün öyrədici proqramlar |
|
Azərbaycan Ali Hərbi Dəniz Məktəbi ilə əməkdaşlıq edərək nəzəri tədqiqatları praktik cəhətdən möhkəmləndirmək üçün müəyyən proqram sistemləri (kompyuter simulyasiya sistemləri) yaradılmışdır.
|
2D-Player |
|
2007-ci ildə musiqi siqnalını (mp3, wav tipli fayllar) emal edərək onun ritmini və takt anında musiqi notunu müəyyənləşdirən alqoritm işlənmişdir. Bu alqoritm əsasında kiçik süjetli kliplərin yaradılma metodikası tərtib olunmuşdur.
|
|
Load sample program |
“Nəqliyyat” – yükdaşıma müəssisəsinin avtomatlaşdırılmış idarəetmə sistemi |
|
Sistem yük daşımalarının təşkili və həyata keçirilməsi ilə bağlı məsələləri, həmçinin, avtomaşınlıarın texniki vəziyyətini (istisları və təmiri) və sürücü heyətinin işini (işə gəlmə, tibbi-həkim müayinəsindən keçmə, yol vərəqlərinin alınması və s.) on-line rejimdə idarə etməyə imkan verir.
Sistem 2008-ci ilin iyulunda AKKORD ASC-nin Bakıdan 120 km şimalda yerləşən Siyəzən qarajında istismara verilmişdir.
|
|
Load the presentation
|
“GÜBRƏ2” |
|
Istixanalarda hidroponika metodu tətbiq edildikdə tələb olunan mineral tərkibi almaq üçün istifadəsi mümkün olan hansı gübrədən nə qədər götürülməsini müəyyən etmək lazım gəlir. Bu halda mümkün variantlardan iqtisadi cəhətdən ən sərfəlisini seçmək lazımdır.
Adı çəkilən məsələ MS Access bazasında GUBRE2 proqramı tərtib edilməklə həll edilmiş və 2008-ci ildə bu proqram qızıl-gül istixanasında tətbiq edilmişdir.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|