Kiber Ltd Company
Ana səhifə
Xidmətlər və işlər
    Mühəndislik
    İnformasiya texnologiyaları
    Digər
Tamamlanmış layihələr
    Mühəndislik layihələri üzrə
    İnformasiya texnologiyaları
    Elmi-texniki layihələr
    Digər işlər
Məqalələr
Əməkdaşlıq
Əlaqə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mühəndislik layihələri üzrə

“Çıraq 1”

   Şirkət təsis olunduqdan bir il sonra, 1999-cu ildə “Çıraq 1” platformasında su vuran modulun quraşdırılması üçün layihələndirmə, çertyojların və prosedurun hazırlanması üzrə texniki kömək layihəsini yerinə yetirmişdir.
   Layihə işlərinin sifarişiçisi ETPM şirkəti olmuşdur.

 
”Trident 20”

   1999-2000-ci illərdə Caspian Shipyard Company şirkətinin sifarişi ilə özü qalxan “Trident 20” (“Qurtuluş”) qurğusunun suya buraxılma prosesinin tətqiqi üzrə layihəni yerinə yetirilmişdir.
    Bu zaman prosesin mərhələlərinin tədqiqi üçün "Launching Analysis" proqram təminatını yaratmışdır.
   Qurğunun suya buraxılmasının və bu zaman dalğayaranma prosesinin riyazi modeli qurulmuş və hesabatı aparılmışdır.
   Qurğu 2000-ci il fevralın 27-də Abşeron yarımadasının Cənub buxtasında (Bakı) suya salınmışdır.

Load video 1           Load video 2

 

“İki borunun kəsişmə xətti”

   İki borunun bucaq altında qaynaq edilməsi üçün qaynaq xəttlərinin şablonları hazırlanmalıdır.
   2002-ci ildə tələb olunan şablonları tərtib edən AutoLisp programı işlənmişdir.

   Bu proqram boruların və qaynaq qovşağının parametlərinə uyğun avtomatik olaraq AutoCAD faylı generasiya edir.

 

“Structural analysis”

      Metal-çubuq konstruksiyaların gərginlikli-deformasiya vəsiyyətinin tədqiqi üçün 2002-ci ildə “Structural analysis” proqramı işlənmişdir.

   Bu proqram 3 ölçülü metal-çubuq kontruksiyaları haqqında məlumatları (düyün nöqtələri, birləşdirici çubuqlar, yüklənmələr və s.) daxil etməyə və bu zaman hər bir çubuqda əmələ gələn gərginlikləri hesablamağa imkan verir. Hesabat sonlu elementlər üsulu ilə aparılır.

 

 

 

“VB53X320M”

   2003-cü ildə “Structural analysis” proqramının köməyi ilə VB53X320M qazma buruğunun hesabatı aparılmışdır. Layihə çərçivəsində buraxıla bilən gərginliklər, dinamik yüklənmələr, küləyin təsiri, zəlzələdən yüklənmələr hesablanmışdır.

   Bu hesabat API (Amerika Neft Institutu) standartlarına uyğunluq monoqrammasını almaq üçün təqdim olunan sənədlər toplusunun tərkib hissəsi olmuşdur.

   Layihə hesabatının sifarişçisi Zabrat Maşınqayırma zavodu olmuşdur. 2004-cü ilin fevralında VB53X320M qazma buruğu API monoqrammasını almışdır.

 

 

 

 

 

“ACG”

   2001-2007 müddətində Kiber Şirkətinin mütəxəssisləri Azəri-Çıraq-Günəşli layihəsinin I, II və III fazası üzrə Star Gulf Şirkətinə mühəndis-texniki kömək göstərmişlər.

 

“Razvesovka”

   Çəki və həndəsi məhdudiyyətlərin nəzərə alınması ilə yığımın avtomobil şassisində yerləşdirilmə məsələsinin üçölçülü modelləşdirilməsi tədqiq edilmiş, uyğun proqram modulu yaradılmışdır (2005).

 
 
 
 
 
 
 

 

 
 
 
 
 
 
 
 
 
 

"Qurtuluş" ("Trident 20") suya salnmazdan əvvəl.

"Qurtuluş" suya salındıqdan sonra.

 
 
 

 

“Structural analysis”