Kiber Ltd Company
Ana səhifə
Xidmətlər və işlər
    Mühəndislik
    İnformasiya texnologiyaları
    Digər
Tamamlanmış layihələr
    Mühəndislik layihələri üzrə
    İnformasiya texnologiyaları
    Elmi-texniki layihələr
    Digər işlər
Məqalələr
Əməkdaşlıq
Əlaqə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Elmi-texniki layihələr

 

DalğaYaranma” layihəsi

   1999-cu ildə “Trident-20” (“Qurtuluş”) qurğusunun suya buraxılma prosesinin tətqiqi zamanı onun yarada biləcəyi dalğa və bu dalğanın ətrafa təsirinin öyrənilməsi zərurəti meydana çıxmışdı.

   Şirkət mütəxəssisləri tərəfindən dalğayaranma prosesinin riyazi modeli qurulmuş və hesabatı aparılmışdır.

   Modelin adekvatlığı qurğunun suya buraxılması zamanı təsdiq olunmuşdur (17 fevral 2000, Bakı, Cənub buxtası).

 
“Risklərin idarə edilməsi” tədqiqat layihəsi

   2003-cü ildə bir sıra sahələrdə risklərin idarə edilməsi məsələlərinə baxılmışdır.

   Informasiyanın emal olunmasına süni intellekt metodlarının tətbiqi konsepsiyası işlənmişdir.

 

Sadə ədədlər nəzəriyyəsi sahəsində fundamental tədqiqatlar

   Natural ədədlər ardıcıllığında sadə ədədlərin paylanmasına dair bir sıra elmi tədqiqat işləri aparılmış, nəticələr açıq ədəbiyyatda dərc edilmişdir.

Dərc olunmuş məqalələr

 

“Elektron Şturman” elmi-tədqiqat layihəsi

   2004-cü ildə vertolyotların məhdud görmə şəraitimdə (duman, qaranlıq və s.) idarə olunmasını təmin etmək üşün elektron naviqatorunun yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.

 

“Təyyarələrin avtomatik enmə sistemi” elmi-tədqiqat layihəsi
   2005-ci ildə təyyarələrin avtomatik enməsini təmin edən sistemin yaradılması üzrə metodoloji tədqiqatlar başa çatdırılmışdır.

 

“Becərmə prosesinin idarə edilməsi” tədqiqat layihəsi
   2008-ci ildə kənd təsərrüfat bitkilərinin becərilməsin zamanı meydana çıxan problemlərin həllində fermerlərə kömək edə biləcək informasiya-məsləhət sisteminin layihəsi işlənmişdir. Layihə cərçivəsində aşağıdakı 3 məsələnin həlli tədqiq olunmuşdur:
  • Əkin sahəsi haqqında məlumatlara uyğun olaraq münasib sortun (bitkinin) təklif olunması;

  • Həmin əkin sahəsində becərilən bitkinin yüksək məhsuldarlığının təmin edilməsi üçün aqro-texniki qulluq üzrə texnoloji xəritənin tərtibatı;

  • Becərmə prosesinin cari vəziyyətinə görə texnoloji xəritənin korreksiyası.

Dərc olunmuş məqalələr